Yevlaxda 8 otaqlı ev yanıb

Yevlaxda 8 otaqlı ev yanıb
# 09 noyabr 2013 22:46 (UTC +04:00)

Bakı-APA. Yevlaxda ötən axşam 8 otaqlı ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Havarlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 374 kv.m (hər mərtəbəsi 187 kv.m) olan 2 mərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin tavan və çardağının yanar konstruksiyaları 132 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR