AMEA Ədəbiyyat İnstitutunun tanıtma kitabı çap olunub - FOTO

AMEA Ədəbiyyat İnstitutunun tanıtma kitabı çap olunub - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” adlı tanıtma kitabı çap olunub.

Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi məlumata görə, institutun bütün tarixi mərhələlərini əks etdirən fotoşəkillərlə zəngin nəşr Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Tarixi oçerkdə Ədəbiyyat İnstitutunun 80 ildə keçdiyi şərəfli yola nəzər salınır, elmi-tədqiqat institutunun qurucuları, Azərbaycan ədəbiyyatşünaslığının tarixində misilsiz xidmətlər göstərmiş görkəmli ziyalıların fəaliyyəti işıqlandırılır. Nadir şəkillərlə zəngin olan “Ədəbiyyat İnstitutunun qurucuları”, “Ədəbi-elmi mühit”, “Müstəqillik illərində”, “Beynəlxalq elmi əlaqələr” adlı dörd bölməyə ayrılmış nəşr şəkilaltı izahlarla bərabər verilmişdir ki, bu da elmi-tədqiqat müəssisəsinin fəaliyyət göstərdiyi bütün dövrləri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR