Dubay əmiri İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

Dubay əmiri İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
# 13 yanvar 2014 08:35 (UTC +04:00)

Bakı – APA. İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vaxtı çatıb.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Dubay əmiri, Şeyx Məhəmməd bin Rəşid əl Maktum çıxış edib.

“İran qonşumuzdur və biz hər hansı problem istəmirik. Sanksiyaları aradan qaldırın, bu hamı üçün faydalı olacaq”, - deyə o vurğulayıb.

İran nüvə proqramının doğrudan da sülh məqsədi daşıdığını deyən Dubay əmiri İranın sabiq prezidenti Mahmud Əhmədinejadın onunla görüşdə atom bombasını “keçmişin silahı” adlandırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR