Ucar rayonunun daha 5 kəndinə bu il qaz veriləcək

Ucar rayonunun daha 5 kəndinə bu il qaz veriləcək
# 27 avqust 2013 12:01 (UTC +04:00)

Ucar rayon qaz istismar sahəsinin baş mühəndisi Vüqar Zamanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonun Qazyan, Bağırbəyli, Qulabənd, Qarabörk və Alpı kəndlərinə təbii qazın verilməsi istiqamətində işlər aparılır. Artıq rayonun Qazyan və Bağırbəyli kəndlərinə müxtəlif ölçülü yeraltı və yerüstü qaz boruları çəkilib, 1 300 abonentə sayğac quraşdırılıb. Adı çəkilən iki kənddə işlər demək olar ki yekunlaşıb, Qulabənd, Qarabörk və Alpı kəndlərində isə işlər davam etdirilir.

V.Zamanovun sözlərinə görə, Qarabörkdə 853, Qazyanda 1 250, Bağırbəylidə 38, Alpıda 298, Qulabəndə isə 304 abonentə sayğaclar quraşdırılır. Ümumilikdə, 12 486 nəfər əhalisi olan 5 kəndə ilin sonlarına kimi təbii qazın verilməsi bərpa olunacaq.

Qeyd edək ki, Qulabənd, Alpı və Bağırbəyli kəndlərinə qaz ilk dəfə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR