Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrə görə cəzalar sərtləşdirilir

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrə görə cəzalar sərtləşdirilir
# 18 sentyabr 2013 10:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, bu dəyişikliklər sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədi ilə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR