Baş Prokurorluq AXCP mətbuat xidmətinin rəhbərinə edilmiş xəbərdarlığı şərh edib

Baş Prokurorluq AXCP mətbuat xidmətinin rəhbərinə edilmiş xəbərdarlığı şərh edib
# 06 dekabr 2013 08:55 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib: “Qanun pozuntusundan çəkindirmək məqsədilə Natiq Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib. Hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən Natıq Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR