Ermənistanın təhsil naziri Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib

Ermənistanın təhsil naziri Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib
# 17 yanvar 2014 12:13 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, nazirin fikrincə, ölkənin adının dəyişdirilməsi məsələsi Konstitusiya islahatları yolu ilə həll oluna bilər.

“Mən ölkəmizin adının dəyişdirilməsi məsələsini tarixi ədalətin bərpası, vətənpərvərlik və qanuni tələblər nöqteyi-nəzərindən müzakirə etməyə təklif edirəm. Zənnimcə, erməni torpağının bu hissəsində qurulan dövləti Şərqi Ermənistan Respublikası adlandırmaq daha doğru olardı”, - deyə o vurğulayıb.

A.Aşotyan xatırladıb ki, belə bir təkliflə 2005-ci ildə konstitusiya islahatları paketinin müzakirəsi zamanı da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR