Səhiyyə naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
# 14 yanvar 2014 10:17 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 15-də Hacıqabul Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı və Kürdəmirdən olan vətəndaşlar iştirak edə bilər. Qəbul zamanı vətəndaşların müraciətləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR