Dövlət Kino-Foto Sənədləri Arxivinə “AzərTAc”dan 43 video sənəd daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə “AzərTAc”dan 43 video sənəd daxil olub
# 19 noyabr 2013 16:49 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə “AzərTAc”dan 43 saxlama vahidi kino (video) sənəd daxil olub.

Arxivdən APA-ya verilən məlumata görə, sənədlər Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfər və qəbullarını, o cümlədən dövlət proqramı və layihələrinə uyğun olaraq Qəbələ, Qusar, Sumqayıt, Xaçmaz, Masallı, Lənkəran, Şamaxı, Quba, Şəki, Mingəçevir, Gəncə, Şəmkir, Gədəbəy və Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq, quruculuq işlərinin və yeni iş yerlərinin açılmasını əks etdirir.

Hazırda Arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR