ABŞ dövlət katibi İrandan Suriyada qurulacaq keçid hökumətinə dəstək verməsini istəyib

ABŞ dövlət katibi İrandan Suriyada qurulacaq keçid hökumətinə dəstək verməsini istəyib
# 22 oktyabr 2013 04:23 (UTC +04:00)

Bakı-APA. Tehran Suriyadakı böhranın həllinə yardım etməlidir. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ dövlət katibi Con Kerri Parisdə Qətər xarici işlər naziri Xəlid əl-Attiyə ilə görüşdən sonra çıxış edib. Dövlət Departamentinin rəhbəri konkret olaraq İrandan Suriyada qurulacaq keçid hökumətinə dəstək verməsini istəyib.

“Danışıqların məqsədinə dəstək verməyə hazır olmayan İranın bu prosesdə konstruktiv mövqe necə sərgiləyə biləcəyini anlamaq çətindir. Yox, əgər onlar “Cenevrə-1”in müddəalarını qəbul edəcək və Suriyada keçid hökumətinin dəstəklənməsində iştirak edəcəksə, bu, artıq başqa söhbət olacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR