Sabirabadda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi açıqlama yayılıb

Sabirabadda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi açıqlama yayılıb
# 11 yanvar 2014 09:58 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi “VAZ-21011” markalı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Həsənov və sərnişinləri - Nərimankənd kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb. Xəsarət alan digər sərnişinləri - Nərimankənd kənd sakinləri Orxan Cəbrayılov, Mircəfər Hüseynov və Fərid Əhmədov xəstəxanaya yerləşdiriliblər. O.Cəbrayılov və M.Hüseynov aldıqları xəsarətdən orada dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR