Nazir Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Nazir Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 10:12 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə, Şəki şəhərindəki Olimpiya İdman Kompleksində baş tutan görüşdə Mingəçevir, Naftalan şəhərlərindən və Şəki, Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından olan sakinlər, mədəniyyət sahəsində çalışanlar iştirak edib. Qəbula gələn sakinlərin müraciətlərinin əksəriyyəti əsasən yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, yeni musiqi məktəblərinin və klubların açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması və sair məsələlərlə bağlı olub. Gün ərzində aparılan səyyar qəbul zamanı nazir Əbülfəs Qarayev hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq şöbələrə tapşırıqlarını verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunub, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR