Şimali İrlandiya yığması Bakıya 23 futbolçu ilə gəlir

Şimali İrlandiya yığması Bakıya 23 futbolçu ilə gəlir
# 03 oktyabr 2013 11:57 (UTC +04:00)

Bakı – APA. Şimali İrlandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl O’Nil DÇ-2014-ün son seçmə oyunlarına çağırdığı futbolçuların siyahısını müəyyənləşdirib.

Oktyabrın 11-də Bakıda Azərbaycan, 4 gün sonra Ramat Qanda İsrailin qonağı olacaq adalılar 23 oyunçuya güvənəcəklər.

Qapıçılar: Ray Kerroll (“Olimpiakos”, Yunanıstan), Alan Mannus (“Sent Conston”, Şotlandiya), Maykl Mak Qovern (“Falkirk”, Şotlandiya)

Müdafiəçilər: Qaret Makoli (“Vest Bromviç”, İngiltərə), Conatan Evans (“Mançester Yunayted”, İngiltərə), Aleks Brüs (“Hall Siti”, İngiltərə), Li Hodson (“MK Dons”, İngiltərə), Daniel Laferti (“Barnli”, İngiltərə), Kreyq Ketkart (“Blekpul”, İngiltərə), Rori Makardli (“Bredford”, İngiltərə).

Yarımmüdafiəçilər: Kris Beyrd (“Ridinq”, İngiltərə), Stiven Devis (“Sauthempton”, İngiltərə), Oliver Norvud (“Haddersfild”, İngiltərə), Neyl Makqinni (“Aberdin”, Şotlandiya), Şon Ferqyuson (“Birmingem”, İngiltərə), Korri Evans (“Blekbern”, İngiltərə), Kris Brant (“Vest Bromviç”, İngiltərə), Semmi Klinqan (“Kilmarnok”, Şotlandiya)

Hücumçular: Uil Qriqq (“Brentford”, İngiltərə), Boilli Makki (“İnverness”, Şotlandiya), Martin Patterson (“Haddersfild”, İngiltərə), Cemi Uord (“Derbi”, İngiltərə), Coş Maqennis (“Aberdin”, Şotlandiya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR