Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib
# 13 yanvar 2014 13:08 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm Firudin oğlu Quliyev tabeliyindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Hərbi Prokurorluq cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, mərhum 2013-cü ilin aprel ayında Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR