Cenevrədə İranla bağlı danışıqlar nəticəsiz olarsa yenidən davam etdirilə bilər

Cenevrədə İranla bağlı danışıqlar nəticəsiz olarsa yenidən davam etdirilə bilər
# 09 noyabr 2013 18:45 (UTC +04:00)

Bakı-APA. Cenevrədə İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə aparılan danışıqlarda bu gün razılaşma əldə olunmasa, tərəflər danışıqları 7-10 gündən sonra yenidən davam etdirə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif açıqlamasında bildirib.

Qeyd edək ki, eyni fikri Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşündən öncə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR