Tunisin baş naziri bu gün istefa qərarını açıqlayacaq

Tunisin baş naziri bu gün istefa qərarını açıqlayacaq
# 09 yanvar 2014 14:21 (UTC +04:00)

Bakı – APA. Tunis hökumətinin başçısı Əli Larayed bu gün istefa qərarını açıqlayacaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Livanın “Daily Star” qəzeti Tunis prezidentinin administrasiyasına istinadən xəbər yayıb.

Larayedin hakimiyyəti müvəqqəti hökumətə təhvil verəcəyi gözlənilir.

Baş nazirin istefası ötən ilin oktyabrında ölkədəki siyasi böhrana son qoyulması üçün başlayan milli dialoqun yekun nəticəsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR