İranda yürüş keçirilib, İsrail və ABŞ bayraqları yandırılıb - FOTOSESSİYA

İranda yürüş keçirilib, İsrail və ABŞ bayraqları yandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 02 avqust 2013 13:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 2 avqust Ümumdünya Qüds Günü ilə bağlı milyonluq yürüş keçirilib.

APA-nın məlumatına görə, aksiyalar ölkənin 770-ə yaxın, şəhər, rayon və qəsəbələrində baş tutub.

İranın paytaxtı Tehran şəhərində də yüz minlərlə adamın iştirakı ilə başlayan yürüşlərdə İsrail, ABŞ və Böyük Britaniya əleyhinə müxtəlif şüarlar səsləndirilib. Havanın 40 dərəcə isti olmasına baxmayaraq, qadın, uşaq, gənc və yaşlı nümayişçilər Fələstin xalqına dəstək veriblər. İsrail və ABŞ bayraqlarının yandırıldığı aksiyalarda “İsrailə ölüm!”, “ABŞ-a ölüm!”, “Fələstinə salam!”, “Gözlə Fələstin gəlirik!” plakatları qaldırıblar. Yürüş iştirakçıları İsrail mallarının boykot edilməsini istəyiblər. Tehranda nümayişçilər üzərində “Öz düşmənlərimizin güllələrinin xərcini ödəməyək!” yazılmış plakatlar qaldıraraq dünya müsəlmanlarını İsrail mallarını almamağa çağırıblar. Onlar İsrailin “Nestle”, “Coca Cola”, “İntel” kimi istehsal etdikləri məhsullar və əmtəə mallarının şəkillərini daşıyaraq müsəlmanların bu mallardan istifadə etməmələrini istəyiblər.

Tədbirdə İranın indiki prezidenti Mahmud Əhmədinejad, yeni seçilmiş prezidenti Həsən Ruhani, İran Məsləhət Şurasının sədri, ayətullah Əli Əkbər Haşimi Rəfsəncani, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Məhəmmədəli Cəfəri və digər tanınmış şəxslər, dövlət rəsmiləri də iştirak ediblər. M.Əhmədinejad çıxışında bildirib ki, bu gün Fələstin problemi dünya məsələsidir: “Qərb ölkələri insan haqlarını İsrailə qurban edirlər və bütün ölkələrin daxili işlərinə müdaxilə edirlər. Müstəmləkəçilik sistemi min ildən çoxdur mədəniyyət və enerji mənbələrinə görə zəngin olan Orta Şərq bölgəsini öz suverenləri altına alıb. İsrail təsadüfən yaradılmayıb. Bir iradə və tarixi istəklə yaradılan bu rejim imperializmin həyat məsələsidir və bu vasitə ilə aralarında birlik meydana gəldi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR