Azərbaycanda hazırda 36 statusda sosial müavinət verilir

Azərbaycanda hazırda 36 statusda sosial müavinət verilir
# 12 sentyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan dövləti hazırda 36 statusda sosial müavinət verir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O qeyd edib ki, bunlar arasında valideyn himayəsindən məhrum olanların təhsil haqqının büdcə hesabına ödənilməsi, milli qəhrəman statusunda olanların ailələrinə min manata qədər müavinətin verilməsi, əlil statusunda olanlara maşın, ev verilməsinə və s.-ə görə Azərbaycan dünyanın yeganə ölkələrindəndir: “Amma bəzi statuslara malik müavinət alan qruplar var ki, müavinətin miqdarı onları qane etmir və narazıdırlar. Zaman-zaman bu müavinətlər də artacaq, hər şey birdən olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR