İranın Beyrutdakı səfirliyi yaxınlığında törədilmiş partlayışda 20 nəfər ölüb - YENİLƏNİB

İranın Beyrutdakı səfirliyi yaxınlığında törədilmiş partlayışda 20 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 19 noyabr 2013 10:25 (UTC +04:00)

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Beyrutun Dahiyə rayonunda, İran səfirliyi yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım cəlb olunub.

Partlayış barədə hələlik rəsmi açıqlama verilməyib.

***

saat 12.25

Bakı – APA. Livanın paytaxtı Beyrut şəhərinə iki raket atılıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, raketlərdən biri İranın diplomatik nümayəndəliyinə düşüb.

Bəzi mənbələr isə partlayışın raket zərbələri ilə deyil, minalanmış avtomobilin partladılması nəticəsində meydana gəldiyini bildiriblər.

Hadisə nəticəsində 7 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR