Azərbaycanda bəzi telekanalların lisenziya müddəti uzadılıb

Azərbaycanda bəzi telekanalların lisenziya müddəti uzadılıb
# 04 noyabr 2013 13:05 (UTC +04:00)

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Şuranın qərarına əsasən, “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR