TRT-nin Bakı təmsilçiliyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb

TRT-nin Bakı təmsilçiliyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb
# 13 sentyabr 2013 12:58 (UTC +04:00)

Bakı – APA. Bakının azad edilməsinin 95-ci ildönümü TRT-nin bir çox kanalında hazırlanan proqram və xəbərlərlə ekranlara gələcək. TRT 1918-ci ildə Osmanlı və Azərbaycan əsgərlərinin birgə yazdığı qəhrəmanlıq dastanını Türkiyə başda olmaqla bütün dünyaya duyuracaq.

APA-nın xəbərinə görə, TRT-nin Bakı təmsilçiliyi Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş, rus və erməni işğalına qarşı azadlıq mübarizəsində fəal şəkildə iştirak etmiş qəhrəman Osmanlı sərkərdəsi Nuru Paşa rəhbərliyində Bakını bolşevik və erməni-daşnak zülmündən xilas edən Qafqaz İslam Ordusuna həsr etdiyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb. Filmlərdən birində 1918-ci ildə Bakını azad etmək üçün gələn türk əsgərlərinin nəvələrinin öz babaları haqqında söylədikləri yer alır.

Filmlər Türkiyə səfirliyi, Yunis Əmrə Mədəniyyət Mərkəzi və Azərbaycan Diplomatik Akademiyası tərəfindən təşkil olunacaq konfransdan sonra sentyabrın 20-də saat 10.30- da Azərbaycanın kütləvi informasiya vasitələrinə və bəzi universitetlərin tələbələrinə təqdim olunacaq.

Sənədli filmlərdən biri bazar günü - sentyabrın 15-də Bakı vaxtı ilə saat 16:30-da “TRT Avaz” və “TRT Haber” kanalında, digəri isə sentyabrın 17-də Bakı vaxtı ilə saat 12.45-də “Qafqazlardan Əsən Yellər” proqramında yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR