ATƏT Parlament Assambleyasının Bakı sessiyası başa çatıb

ATƏT Parlament Assambleyasının Bakı sessiyası başa çatıb
# 02 iyul 2014 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiya çərçivəsində qurumun Siyasi Məsələlər və Təhlükəsizlik; Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər; İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit komitələrinin iclasları keçirilib.

İclaslarda müzakirəyə çıxarılan “Terrorçuluğa qarşı mübarizə” “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması”, “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” və ATƏT regionunda qaçqınların vəziyyəti”, “ATƏT regionunda sosial iqtisadi hüquqların müdafiəsi və inkişafı”, “ATƏT-in 40 illiyi – bölgədə iqtisadi etibar və ümumi maraqlara cavab verən yaşayış”, “Qida təhlükəsizliyi, su ehtiyatlarının məhdudluğu və ATƏT bölgəsində stabillik” adlı qətnamələr və onlara müxtəlif düzəlişlər qəbul olunub. Daha sonra eyni adlı qətnamələr iyulun 1-2-də keçirilən plenar iclasda müzakirəyə çıxarılaraq bəzi düzəlişlərlə təsdiqlənib. Sessiyada Ukrayna, o cümlədən Krımla bağlı müzakirələr keçirilib və bu problemlə bağlı Bakı Qrupu yaradılıb.

Bakı Bəyannaməsinin qəbulu ilə sessiya öz işini başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR