Samuxda güclü külək bir sıra fəsadlar törədib

Samuxda güclü külək bir sıra fəsadlar törədib
# 07 aprel 2014 15:15 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Axşam saatlarından başlayan güclü külək Samux rayonunun bəzi kəndlərini işıqsız qoyub.

Samux rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, aprelin 6-da axşam saatlarında əsməyə başlayan güclü külək rayonun bəzi kəndlərinə ziyan vurub, evlərin dam örtükləri dağılıb, elektrik naqilləri sıradan çıxıb və iri gövdəli ağaclar aşıb. Axşam saat 18 radələrindən bir neçə kəndə elektrik enerjisinin verilməsi dayanıb. Bu gün saat 12 radələrində rayonun Füzuli, Seyidlər, Sarıqamış, Qovlarsarı və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Hacalı və Əlibayramlı kəndlərində dam örtüyü tam dağılan 6 evin bərpası üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.


Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir və rayona dəymiş ziyan hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR