Nəqliyyat naziri Gəncədə qəbul keçirib

Nəqliyyat naziri Gəncədə qəbul keçirib
# 04 oktyabr 2013 12:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün nəqliyyat naziri Ziya Məmmədov Gəncədə qərb bölgəsindən olan vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Goranboy, Göygöl, Samux, Ağdam, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər rayonlarında yaşayan 30-dan artıq vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox yol infrastrukturunun yaxşılaşdırılması, kənd yollarının təmiri, istismar müddəti sona çatmış körpülərin təmiri və yeni avtovağzalların tikilməsi ilə bağlı olub. Bundan başqa, nazirə sərnişindaşıma, nəqliyyat çatışmazlığı ilə bağlı müraciətlər də edilib. Nəqliyyat naziri vətəndaşları fərdi qaydada dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verib və bəzi müraciətlər qəbul zamanı elə yerindəcə öz həllini tapıb.

Qəbulda Nazirliyin aparat rəhbəri və şöbə müdirləri də iştirak edib. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilat rəhbərlərinə çatdırılması üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR