Borçalıda Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı keçirilib - FOTO

Borçalıda Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 28 avqust 2013 16:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Marneulidə xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimat mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Borçalıda yaşayan şair və yazıçılar, aşıqlar və Gürcüstan parlamentinin deputatları, mədəniyyət işçiləri, müəllimlər, Tiflisdən gələn gürcü yazıçılar və digər nümayəndələr Zəlimxan Yaqub yaradıcılığı haqqında çıxış ediblər.

Z. Yaqub Borçalıda 13 cildlik külliyyatının təqdimatının keçirilməsinin böyük bayram olduğunu bildirib: “Bu bayramda gürcü xalqının nümayəndələri də iştirak edir. Mən hamıya minnətdaram”.

Qeyd edək ki, xalq şairinin 13 cildlik külliyyatının I-VII cildlərində şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə yazılmış 40 poema yer alıb. Külliyyatın XII-XIII cildlərində Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sə­nət adam­la­rına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, aşıq sənəti ilə bağlı düşüncələri və s. yazıları çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR