Netanyahu: “ABŞ və “altılıq” ölkələri iranlıların “ABŞ-a ölüm!” şüarını yaxşı eşitsinlər”

Netanyahu: “ABŞ və “altılıq” ölkələri iranlıların “ABŞ-a ölüm!” şüarını yaxşı eşitsinlər”
# 05 noyabr 2013 10:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 4-də İranda ABŞ-a əleyhinə keçirilmiş kütləvi aksiyaya münasibət bildirib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, B.Netanyahu deyib ki, ABŞ İran xalqının səsini duysun və bu ölkəyə qarşı sanksiyalarını davam etdirsin: “ABŞ və “altılıq” ölkələri iranlıların “Ölüm olsun ABŞ!” şüarını yaxşı eşitsinlər də sanksiyaları azaltmağın tərəfdarı olmasınlar. Çünki on minlərlə insan İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin çağırışı ilə küçələrə tökülərək “ABŞ-a ölüm!” şüarını səsləndirdilər. Həqiqi İran əslində budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR