Bakıda Azərbaycan-Yaponiya İKT seminarı keçirilir - FOTO

Bakıda Azərbaycan-Yaponiya İKT seminarı keçirilir - <span style="color: red;">FOTO
# 13 fevral 2014 09:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı qurumu olan NEC (Nippon Electric Corporation) Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədilə seminar keçirilir. «APA-Economics»in xəbər verdiyi kimi, seminar iki gün davam edəcək.


Azərbaycan-Yaponiya İKT seminarında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno iştirak ediblər.


Seminarda NEC Korporasiyasının təqdimatı, İKT sahəsində həllər, əsas şəbəkə sistemləri və digər mövzular üzrə sessiyalar keçiriləcək.


Qeyd edək ki, fevralın 14-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə NEC Korporasiyası arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR