Gəncədə “Çiyələk yarmarkası” keçirilib - FOTO

Gəncədə “Çiyələk yarmarkası” keçirilib - <span style="color: red;">FOTO
# 23 avqust 2013 10:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Oksfam Azərbaycan” təşkilatı SMART - yoxsul fermerlərə dəstək layihəsi çərçivəsində avqustun 23-də Gəncədə “Çiyələk yarmarkası” keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, yarmarkada Ağdam, Bərdə, Tərtər, Göygöl və Cəlilabad və Xaçmaz rayonlarından olan 50-yə yaxın fermer 3 tona yaxın çiyələk məhsullarını satışa çıxarıblar. Eyni zamanda yarmarkada 5 emal müəssisəsi də öz məhsullarını nümayiş etdirib. Layihə rəhbəri Elvin Nəbiyevin sözlərinə görə, yarmarkanın təşkilində məqsəd fermerlərin bazara çıxışının daha da yaxşılaşdırmaq və əhalinin daha ucuz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

Yarmarkada “Oksfam Azərbaycan”ın rəhbəri Şövkət Əlizadə, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin, Gəncə şəhəri İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, SMART layihəsi Böyük Britaniyanın Oksfam Humanitar təşkilatı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (İİƏA) maliyyə dəstəyi ilə Bərdə, Tərtər və Ağdam rayonlarında icra edilir. 2010-cu ilin noyabrında başlamış layihə 2013-cü ilin oktyabrında yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR