Ağdamda qasırğa nəticəsində dağılan məktəb üçün yeni bina inşa olunur

Ağdamda qasırğa nəticəsində dağılan məktəb üçün yeni bina inşa olunur
# 01 noyabr 2013 12:27 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. 2013-cü ilin aprelində Ağdamda aramsız yağışlar və güclü külək nəticəsində yararsız hala düşən Birinci Baharlı kənd orta məktəbi üçün yeni bina inşa olunur.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tikilinin cari təhsil ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəb binası öz layihəsinə görə indiyədək inşa olunmuş tikililərdən fərqlənir. Birinci Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərov APA-ya bildirib ki, hazırda istismarda olan məktəb binası yazda qasırğa və yağış nəticəsində baş verən fəsada qədər də yararsız halda olub. Buna baxmayaraq, kollektiv öz fəaliyyətini dayandırmayıb.

İndiyədək əsas məktəb statusu daşıyan bu təhsil ocağı bu ildən tam orta məktəb kimi fəaliyyətə başlayıb. Bu tədris ilinə qədər yuxarı sinif şagirdləri ya qonşu kəndlərdəki məktəblərə getməli olublar, ya da təhsillərini yarımçıq buraxmaq məcburiyyətində qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR