“İrs” partiyasının parlament fraksiyasının rəhbəri: “Ermənistan Gömrük İttifaqına görə AB-nin donor konfransını əldən verib”

“İrs” partiyasının parlament fraksiyasının rəhbəri: “Ermənistan Gömrük İttifaqına görə AB-nin donor konfransını əldən verib”
# 14 noyabr 2013 17:51 (UTC +04:00)

Bakı-APA. Ermənistan Gömrük İttifaqına üzv olmaq qərarı verdikdən sonra Avropa Birliyinin donor konfransını İrəvanda keçirmək imkanını əldən qaçırıb. APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə noyabrın 14-də Ermənistanın “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postandjyan parlamentdə 2014-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib.

Zarui Postandjyan 2014-cü ilin dövlət büdcəsini “dilənçi büdcəsi” adlandıraraq qeyd edib ki, o Ermənistan əhalisinin layiqli yaşayışa olan son ümidlərini qırır.

“Planlaşdırılan iqtisadi göstəricilərin heç biri icra olunmur. Hökumət bu cür məsələləri heç fikrinə belə gətirmir. Əgər siz bunu gələcəkdə də etmək niyyətində deyilsinizsə, onda biz sizi əvəz edib, bunu sizin əvəzinizə edərik”, deyə Zarui Postandjyan vurğulayıb və müzakirəyə çıxarılan büdcə layihəsinin əleyhinə səs verəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR