Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etməyə davam edəcək

Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etməyə davam edəcək
# 11 sentyabr 2013 02:34 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan XİN mətbuat xidmətinin açıqlamasında bildirilir ki, “Nalbandyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə ABŞ, Rusiya və Fransanın ardıcıl vasitəçi səylərini yüksək qiymətləndirdiyini bəyan edib. Nazir Ceyms Uorlikin böyük diplomatik təcrübəsinin və peşəkar hazırlığının bu məqsədə xidmət edəcəyinə ümidvar olduğunu bildirib”.

Ceyms Uorlik, öz növbəsində qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan bundan sonra da istifadə edəcək.

“E.Nalbandyan bildirib ki, Ermənistan həmsədr dövlətlərlə birlikdə ATƏT Minsk Qrupunun vasitəçiləri tərəfindən təqdim olunmuş prinsip və elementlərin əsasında münaqişənin yalnız dinc yolla həllinə meyllidir”, deyə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR