Bakıda "London taksi"si qəza törədib - FOTO - VİDEO

Bakıda "London taksi"si  qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 may 2014 02:03 (UTC +04:00)

APA-nın məlumatına görə, Abdullayev Zaur İsmayıl oğlunun idarə etdiyi 90 AT 243 dövlət nömrə nişanlı TX4 markalı ("London taksisi") avtomobil Babək prospektində beton arakəsməyə çırpılıb.

Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb. Sürücü isə heç bir xəsarət almayıb. Lakin avtomobilə ciddi ziyan dəyib.

Sürücü Zaur Abdullayevin APA-ya verdiyi məlumata görə, hərəkətdə olarkən avtomobilin təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və maşını arakəsməyə çırpıb.

Faktı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR