«Atəşgah» sığorta şirkəti yeni saytını istifadəyə verib

«Atəşgah» sığorta şirkəti yeni saytını istifadəyə verib
# 03 oktyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin on-line satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin məlumatında deyilir.

Sığorta şəhadətnaməsini almaq və ödənişsiz olaraq evə və yaxud digər ünvana çatdırmaq üçün sayta daxil olub (www.ateshgah.com) sifariş formasını doldurmaq kifayətdir. Ödənişin təsdiqi haqqında məlumat çap edilə, həmçinin elektron ünvana göndərilə bilər.

Bundan əlavə, şirkət müştərilərinə peşəkar məsləhətçilərdən pulsuz konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla), müştərinin evinə və ya göstərilən ünvana agentin çağırılması, pulsuz sifariş zəngi (şirkət mütəxəssisləri müştəri üçün rahat olan vaxtda onunla telefon əlaqəsi qurur), göstərilən ünvana pulsuz çatdırılma (müştəri vaxtını itirib ofisə gəlmir), korporativ müştərilərə bütün növ sığorta xidmətlərinin on-line rejimdə təqdim edilməsi, boş iş yerləri qeyd olunmaqla daima yenilənən «Vakansiyalar» bölməsi, ofislərin dəqiq yerləşməsi və gediş planı və digər on-line xidmətləri təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR