Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırışı yoxlama məqsədilə həyata keçirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırışı yoxlama məqsədilə həyata keçirilir
# 19 iyun 2014 10:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Sumqayıt şəhəri də daxil olmaqla, Azərbaycanın şəhər və rayonlarında qeydiyyatda olan ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) şöbələrinə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir. Bu barədə APA-ya xidmətdən bildirilib.

Son günlər bəzi KİV-də ehtiyatda olan əsgərlərin SHXÇDX-nin rayon şöbələrinə çağırılması barədə yer alan məlumatlara aydınlıq gətirən qurum bunun rayon və şəhər şöbələrində qeydiyyatda olan hərbi vəzifəlilərin dəqiqləşdirilməsi və qanunvericiliyə uyğun olaraq toplanışların keçirilməsi məqsədi daşıdığını bildirib: “Müvafiq qanunvericiliyə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Eləcə də xidmətə həvalə olunmuş vəzifələr sırasında tərəfindən aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üçün təlim və məşqlərin keçirilməsi də yer alır. Xidmət tərəfindən qanunvericilikdən irəli gələn tələblər çərçivəsində mütəmadi olaraq bu kimi tədbirlər həyata keçiririlir”.

Qeyd edək ki, bəzi KİV-lər hərbi vəzifəlilərin SHXÇDX-nin yerli şöbələrinə çağırılmasını İraq və Suriyaya gedən azərbaycanlıların sayının dəqiqləşdirilməsi ilə bağlı olduğu iddiasını irəli sürüblər. SHXÇDX isə öz növbəsində çağırışın bununla bağlı olmadığını bəyan edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR