İsveçrə Cənubi Qafqazda tərəflər arasında etimadı artırmaq üçün layihələr həyata keçirəcək

İsveçrə Cənubi Qafqazda tərəflər arasında etimadı artırmaq üçün layihələr həyata keçirəcək
# 06 dekabr 2013 11:06 (UTC +04:00)

APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bunu İsveçrə Xarici İşlər Departamentinin federal müşaviri Didye Burkhalter ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçirilən iclasında deyib. O bildirib ki, 2014-cü ildən ATƏT-ə sədrlik edəcək İsveçrənin Cənubi Qafqaz üzrə təyin etdiyi xüsusi nümayəndə bu bölgədə təhlükəsizlik və sabitliklə bağlı Cenevrə müzakirələrində ATƏT-i təmsil edəcək, bölgədə dialoq və yaxınlaşmaya kömək dəstək verəcək: “İsveçrə gənclər və müəyyən peşə qrupları – jurnalistlər, artistlər, fövqəladə halların aradan qaldırılması üzrə mütəxəssislər, seysmoloqlar və digərləri üçün mübadilə proqramları yolu ilə etimadı möhkəmləndirmək üçün layihələr həyata keçirəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR