Bu gün Buşəhr AES-in fəaliyyəti müvəqqəti dayandırılacaq

Bu gün Buşəhr AES-in fəaliyyəti müvəqqəti dayandırılacaq
# 03 fevral 2014 10:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Buşəhr Atom-Elektrik Stansiyasının (AES) fəaliyyəti müvəqqəti dayandırılacaq.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.

Onun sözlərinə görə, 7 milyard kVt/saat elektrik enerjisi istehsal edən stansiyanın işinə yanacaq dəyişməsi səbəbindən fasilə verilir: “Həmin müddət ərzində 27 ton yanacaq dəyişəcək və nüvə reaktorunun ana modulunda yer alan köhnə avadanlıqlar yenilənəcək. İran və Rusiya mütəxəssislərindən ibarət nümayəndə heyətinin və şirkətlərin birgə əməkdaşlığı ilə yanacaq dəyişməsi işi ilə yanaşı, nüvə stansiyasının təmiri və bərpası da həyata keçiriləcək”.

B.Kamalvəndi deyib ki, Buşəhr AES 24 min MVt/saat elektrik enerjisi istehsal etməsi səbəbindən termal stansiyalarda gündəlik 6 milyon litr maye yanacağın sərf olunmasına gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR