Azərbaycandan Argentinaya birbaşa aviareyslər açıla bilər - FOTO

Azərbaycandan Argentinaya birbaşa aviareyslər açıla bilər - <span style="color: red;">FOTO
# 02 aprel 2014 09:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycandan Argentinaya birbaşa aviareyslər iki ölkə arasında turizm münasibətləri inkişaf etdikcə, baş tuta bilər”.

"APA-Economics"in məlumatına görə, bunu Argentinanı tanıtım məqsədilə təşkil olunmuş tədbirdə bu ölkənin Turizm Nazirliyinin nümayəndəsi Rodolfo Milesi bildirib.

Onun sözlərinə görə, Argentina sabah Bakıda keçiriləcək beynəlxalq turizm sərgisində ilk dəfə iştirak edəcək.

"Hamını bu sərgiyə dəvət edirik. Sərgidə ölkəmizin tarixi, təbiəti, milli geyimləri, milli mətbəxi, ölkəmizə məxsus adətlər, Argentina şərabları, ekoturizm, hətta dünyanın ən son nöqtəsinə qədər səyahət etmək imkanlarını təqdim edəcəyik", - deyə R. Milesi əlavə edib.

Qeyd edək ki, tədbirdə Argentinanın Turizm Nazirliyi ölkənin böyük turizm potensialına dair geniş təqdimat keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR