Maykl Mann: “Avropa Birliyi İrana qarşı sanksiyaları dekabr-yanvar aylarında aradan qaldıra bilər”

Maykl Mann: “Avropa Birliyi İrana qarşı sanksiyaları dekabr-yanvar aylarında aradan qaldıra bilər”
# 26 noyabr 2013 13:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Avropa Birliyi İrana qarşı tətbiq etdiyi sanksiyaları dekabr, ya da yanvar ayında aradan qaldıra bilər”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, bununla bağlı konkret tarix vermək mümkün deyil: “Çünki sanksiyaların ləğvi məsələsi qanuni prosedurların nə qədər davam edəcəyinə bağlıdır. Əsas məsələ nüvə razılaşmasını hər iki tərəfin də yerinə yetirməsidir. Sanksiyaların yumşaldılması prosesi İranla koordinasiyalı şəkildə həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR