«PAŞA Həyat» sığorta şirkəti jurnalistlər üçün treninq keçirəcək

«PAŞA Həyat» sığorta şirkəti jurnalistlər üçün treninq keçirəcək
# 31 oktyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti tərəfindən noyabrın 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) «Sığorta və sığorta mədəniyyəti» mövzusunda ödənişsiz treninq keçiriləcək.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadiyyat, o cümlədən maliyyə sahəsində məqalələr yazan jurnalistlərin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır.

Təlimdə iştirak etmək istəyən jurnalistlər noyabrın 18-dək [email protected] elektron ünvanına e-mail göndərməklə öz iştiraklarını təsdiq edə bilərlər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Xatırladaq ki, «PAŞA Həyat» 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz treninqlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR