Azərbaycanın xarici işlər naziri Litva səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Litva səfirini qəbul edib
# 09 sentyabr 2013 16:01 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib.

Səfir Arturas Jurauskas öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR