İranda qatarla avtomobil toqquşub, iki nəfər ölüb

İranda qatarla avtomobil toqquşub, iki nəfər ölüb
# 02 fevral 2014 03:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda qatarla avtomobil toqquşub. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də axşam saatlarında Tehran vilayətinin cənubunda Qərçək rayonunun Məhəmmədabad kəndində baş verib. Belə ki, Tehran-Məşhəd reysi ilə hərəkət edən sərnişin qatarı bir taksi ilə toqquşub. Qəza minik maşınının postu keçdiyi zaman baş verib və qatar taksini təxminən 15 metr məsafədə sürüyüb. Nəticədə taksi sürücüsü hadisə yerindəcə ölüb, avtomobildəki sərnişin isə ağır yaralanaraq Vəramin şəhərinin xəstəxanasına qaldırılıb. Ancaq bununla belə, onun da həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR