Məhəmməd Cavad Zərif: “İranın müdafiə doktrinasında nüvə silahına yer yoxdur”

Məhəmməd Cavad Zərif: “İranın müdafiə doktrinasında nüvə silahına yer yoxdur”
# 07 mart 2014 13:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın müdafiə doktrinasında nüvə silahına yer yoxdur”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, bu gün artıq heç bir kütləvi qırğın silahının təhlükəsizliyin təmin edilməsinə zəmanət vermədiyi sübut olunub: “Qərb təzyiq və sanksiya yolu ilə İranı dincməqsədli nüvə texnologiyasından məhrum etmək istəyirdi. Ancaq İran xalqı son prezident seçkilərindəki əzəmətli iştirakı ilə sanksiya və təzyiq siyasətinin təsirsiz olduğunu sübut etmiş oldu”.

Nazir İranın “altılıq” ölkələri ilə müzakirələrdə yürütdüyü siyasətə də toxunub: “Bu siyasət nəticəsində ilkin anlaşmaya nail olmaq mümkün olub və hazırda icra mexanizmi də işə düşüb. Halbuki bir çoxları razılaşmanın əldə olunacağına belə inanmırdılar”.

M.C.Zərif vurğulayıb ki, İran nüvə silahına sahib olmaq niyyətində deyil: “Tehran anlaşmaya nail olmaq istəyir və Qərb bu yolda İran xalqının etimadını qazanmalıdır”.

Nazir həmçinin İsrailbaş nazirinin İranın Qəzzadakı “Həmas” təşkilatına silah göndərməsi haqda dediklərini yalan adlandırıb: “Netanyahunun ABŞ-a səfəri ilə eyni zamanda “silahla dolu gəmi”nin tapılması təsadüfi deyil. İsrailin baş naziri Vaşinqtondadır və gözlənilmədən silahla yüklü bir İran gəmisinin saxlanılması təsadüfdürmü?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR