Yaponiyalı seysmoloqlar yenidən Bakıya gəlib - FOTO

Yaponiyalı seysmoloqlar yenidən Bakıya gəlib - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 10:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Yaponiyanın "SHINYEI KAISHA" şirkətinin prezidenti Toşiaki Morisaki və şirkətin idarə icra və Baş Əməliyyat müdiri Hideaki Sakayin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSMX) olublar.

Xidmətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, RSXM-in baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşən qonaqlar iki ölkə seysmoloqları arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edərək, bu əməkdaşlığın daha da genişlənməsinin vacibliyini önə çəkiblər.

Azərbaycan seysmologiyasının son illər sürətlə inkişaf etdiyini bildirən "SHINYEI KAISHA" şirkətinin prezidenti Toşiaki Morisaki RSXM-də görülən işlərin başqa ölkələr üçün də gözəl nümunə ola biləcəyini deyib.

Daha sonra Q.Yetirmişli yaponiyalı qonaqlara mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, həyata keçirilən layihələr barəsində ətraflı məlumat verib.

Qeyd edək ki, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün AMEA nəzdində RSXM və Yaponiyanın "SHINYEI KAISHA" Qrupuna daxil olan "SHINYEI KAISHA" və OYO şirkətləri arasında anlaşma protokolunun imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR