Kulis.Az “Ən qısa hekayə” müsabiqəsi elan edib

Kulis.Az “Ən qısa hekayə” müsabiqəsi elan edib
# 12 dekabr 2013 11:16 (UTC +04:00)

Bakı - APA. “APA-Holding”ə daxil olan Kulis.Az ədəbiyyat portalı “Ən qısa hekayə” müsabiqəsi elan edib.

APA-nın xəbərinə görə, müsabiqə üçün yazılar dekabrın 13-dən 23-nə qədər qəbul olunacaq.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Hekayələr Azərbaycan dilində yazılmalıdır.

2. Hekayələr üçün mövzu məhdudiyyəti qoyulmur.

3. Hekayələrin həcmi 500 işarədən (boşluqsuz) artıq olmamalıdır.

4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.Az saytında dərc olunacaq.

5. İştirakçılar [email protected] ünvanına yazı ilə birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

6. Hər iştirakçı yalınız bir hekayə göndərə bilər. Hekayələr əvvəlcə heç bir KİV və internet resurslarında çap edilməməlidir. Çap edilmiş hekayələr müsabiqəyə buraxılmayacaq.

7. Qaliblər müsabiqənin iştirakçılarının arasında dekabrın 25-də saat 15.00-da “APA Holding”də keçirilən açıq səsvermə ilə müəyyən ediləcək. Səsvermədən dərhal sonra mükafatlandırma mərasimi başlayacaq.

8. Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.

9. “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə Kulis.Az-ın xüsusi diplomu ilə təltif ediləcək.

Müsabiqənin Təşkilat Komitəsinin sədri Qan Turalı, üzvləri Ağa Cəfərli və Mirmehdi Ağaoğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR