Azərbaycan sığorta bazarı son bir ildə 20% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 20% artıb
# 21 noyabr 2013 13:30 (UTC +04:00)

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 31,1% artaraq 98,974 mln. manata çatıb.


Bu müddət ərzində könüllü sığortalar üzrə daxilolmaların həcmi 27,8% artaraq 223,213 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,8 dəfə artaraq 34,457 mln. manat, qeyri-həyat sığortası üzrə 16,3% artaraq 188,757 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 6,5% artaraq 114,437 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (55,177 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (58,878 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (47,198 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (37,466 mln. manat), «Həyatın yaşam sığortası» (29,910 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (22,504 mln. manat), «Yüklərin sığortası» (12,868 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (12,692 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 2,274 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,7% azdır. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 12,5% artaraq 66,457 mln. manata çatıb. Ümumilikdə, könüllü sığortalar üzrə ödənişlər 10,8% artaraq 68,731 mln. manat, icbari sığorta növləri üzrə isə 2,2 dəfə artaraq 30,243 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (36,989 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (22,231 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (21,094 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR