Şirvanda fərdi yaşayış evində yanğın baş verib - VİDEO

Şirvanda fərdi yaşayış evində yanğın baş verib - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2013 09:45 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda elektrik enerjisinin qısaqapanması nəticəsində fərdi yaşayış evi yanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Neftçilər küçəsi-43 ünvanında fərdi yaşayış evində yanğın baş verib.

Şirvan sakini, 1961-ci il təvəllüdlü Əhmədov Nazim Oruc oğluna məxsus 95 kvadratmetrlik sahəsi olan fərdi yaşayış evində ehtimal olunan qısaqapanma nəticəsində baş verən yanğın zamanı ev əşyaları və evin bir hissəsi yanıb. Ev sahibinə ciddi maddi ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili çıxıb və yanğını lokallaşdırıb. Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR