Bakı – APA-Economics. «Mobitel» şirkətinin Bakıda yerləşən «Evo Store» mağazasında «Nokia» şirkətinin yeni məhsulu olan «Nokia Lumia 625» smartfonunun alıcılara təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbir zamanı iştirakçılara yeni smartfonun göstəriciləri və imkanları barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimində maraqlı müsabiqə də keçirilib və qalibə «Nokia Lumia 625» smartfonunu hədiyyə edilib.