Kosta Rika tarixində ilk dəfə qrup lideri olaraq DÇ-nin pley off mərhələsinə keçib

Kosta Rika tarixində ilk dəfə qrup lideri olaraq DÇ-nin pley off mərhələsinə keçib
# 24 iyun 2014 20:34 (UTC +04:00)

APA-nın məlumatına görə, qrup mərhələsinin yekun matçında Kosta Rika millisi İngiltərə yığması ilə heç-heçə oynayıb (0:0). Qeyd edək ki, İngiltərə yığmasının növbəti mərhələyə adlamağa heç bir şansı qalmadığı halda Kosta Rika millisi turnirin 8/1 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmişdi. Beləliklə də, aktivinə 7 xal yazan Kosta Rika yığması tarixində ilk dəfə qrup lideri olaraq DÇ-nin pley off mərhələsinə keçib.

Qeyd edək ki, turnirin 8/1 final mərhələsində D qrupunun qalibi C qrupunun ikincisi ilə qarşılaşacaq. Matç iyunun 30-da Resifdə keçiriləcək.

İngiltərə yığması tarixində ilk dəfə DÇ-nin qrup mərhələsində sonuncu yerdə qərarlaşıb.

D qrupu

Kosta-Rika - İngiltərə - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR