Azərbaycan Yüksək Texnologiyalar Parkında biznes transferi üzrə imkanlar araşdırılır - FOTO

Azərbaycan Yüksək Texnologiyalar Parkında biznes transferi üzrə imkanlar araşdırılır - <span style="color: red;">FOTO
# 19 fevral 2014 09:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq IASP-yə (International Association of Science Parks and Areas of Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin, Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı vurğulanıb.

Tədbirdə YT Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan «Pi Campus»a müraciətlərin qəbulunun artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı, mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da məlumat verilib.

Eyni zamanda, hazırda YT Parkın ofisində yeni yaranan «start-up»ların fəaliyyətə başladığı, müvafiq treninqlərin təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin, parkın fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR