Bibiheybət Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışı olacaq

Bibiheybət Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışı olacaq
# 11 fevral 2014 09:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 12-də Bibiheybət qəsəbə Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət Evi prezidentin sərəncamı ilə təsdiq edilən "2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı" çərçivəsində 2012-ci ildə əsaslı təmirə dayandırılıb.

Ümumi sahəsi 358,87 kv. m olan binanın bir hissəsində 50 nəfərlik zal və 4 otaqdan ibarət olmaqla Mədəniyyət Evi, digər hissəsində isə 2 otaq olmaqla Səbail rayon MKS-in 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR